AZ

Qeyri-rezident maliyyə institutlarının “Visa” kartları ilə ödənişlər artıb

Bakı. Trend:

Cari ilin birinci rübündə qeyri-rezident maliyyə institutlarınınemissiya etdiyi “Visa” ödəniş kartları vasitəsilə əməliyyatlarınsayı 604,1 min ədəd, əməliyyatların həcmi isə 54,1 milyon manatolub.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.

Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu “Visa”kartları ilə əməliyyatların sayı 111,4 min ədəd və ya 22,6%,əməliyyatların həcmi isə 7,4 milyon manat, yaxud da 15,8%artıb.

Belə ki, əvvəlki ilin eyni dövründə Azərbaycanda qeyri-rezidentmaliyyə institutlarının emissiya etdiyi “Visa” ödəniş kartlarıvasitəsilə əməliyyatların sayı 492,7 min ədəd, əməliyyatların həcmiisə 46,7 milyon manat idi.

Qeyd edək ki, cari ili birinci rübündə qeyri-rezident maliyyəinstitutlarının emissiya etdiyi bütün ödəniş kartları vasitəsiləəməliyyatların sayı 900,1 min ədəd, əməliyyatların həcmi isə 86,5milyon manat olub.

Məlumat üçün bildirək ki, qeyri-rezident maliyyə institutlarınınemissiya etdiyi ödəniş kartları Azərbaycanda qeydiyyatda olmayan(yəni xarici) maliyyə qurumları tərəfindən buraxılmış (emissiyaolunmuş) bank kartlarıdır. Qeyri-rezident ölkədə daimi qeydiyyatdaolmayan və ya xaricdə yerləşən hüquqi yaxud da fiziki şəxsdir.

Seçilən
0
1
az.trend.az

3Mənbələr