AZ

Şimali Koreya Kurskda 4700 əsgər itirib - Reuters

Şimali Koreya artıq Rusiyanın Kursk vilayətində gedən döyüşlər zamanı yaralanan və həlak olanlar da daxil olmaqla 4700-ə yaxın əsgərini itirib.

XəzərNews.az xəbər verir ki, məlumatı Reuters yayıb.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Rusiya Kursk vilayətindəki döyüşlərə Şimail Koreyadan (KXDR) ümumilikdə 15 min əsgər göndərilib. Onlardan 4700-ə yaxın döyüşçü həyatını itirib.

Qeyd edilir ki, Rusiyaya qoşun yeritmək və silah tədarükü müqabilində KXDR Moskvadan casus peykləri, pilotsuz təyyarələr və zenit-raket kompleksləri şəklində yardım alıb.

Xəbər 1 dəfə oxunub.
Seçilən
1
xezernews.az

1Mənbələr