"Atletiko Mineyro"da çıxış edən tanımış futbolçu Halk karyerasında qol sayına görə "Santos"un hücumçusu Neymarı ötüb.
Publika.az xəbər verir ki, o, Braziliya kubokunun 1/16 final mərhələsinin "Malinqa" ilə oyununda (2:2) fərqlənməklə buna nail olub. Bu qol onun karyerasında 443-cü olub.
Hulk dünyanın ən aktiv qolçuları siyahısında 9-cu yerə yüksəlib. Neymarın hesabında 442 qol var. Lider 934 qolla "Əl-Nəsr"in forvardı Kriştiano Ronaldodur.
Dünyanın ən çox qol vuran oyunçularının reytinqi:
1. Kriştiano Ronaldo 934 qol
2. Lionel Messi 858 qol
3. Robert Levandovski: 710 qol
4. Luis Suares 587 qol
5. Kərim Benzema 494 qol
6. Edinson Kavani 462 qol
7. Harri Keyn 447 qol
8. Edin Dzeko 446 qol
9. Halk 443 qol
10. Neymar 442 qol