AZ

300 işıq ili uzaqlıqda nəhəng qaz buludu tapıldı

Yazını böyüt
Yazını kiçilt

Yer kürəsinin yaxınlığında gözlənilmədən nəhəng qaz buludu aşkar edilib. Molekulyar qaz buludu alimlərə ulduzların əmələ gəlməsi prosesini öyrənmək üçün unikal imkan yaradır.

Hafta.az-ın yazdığına görə, molekulyar buludların içindəki toz və qaz yığınları çökərək ulduzları əmələ gətirir. Hidrogen və karbonmonoksit molekullarını ehtiva edən bu buludları ulduzları əmələ gətirməzdən əvvəl görmək çətin olur.

Alimlər bu buludları axtararkən diqqəti dəm qazına yönəldirlər, çünki molekulyar hidrogen qazı demək olar ki, görünməzdir. Ancaq karbonmonoksitin miqdarı az olarsa, bulud asanlıqla gözdən qaça bilər.

Tədqiqatçılar bunu yeni kəşf edilən molekulyar qaz buludunun indiyədək aşkar edilməməsi ilə əlaqələndirirlər.

Nəticələri "Nature Astronomy" jurnalında dərc edilən araşdırmanı aparan qrup əvvəllər heç vaxt istifadə edilməmiş bir üsulla buludu aşkarlayıb. Tədqiqatçılar bu kəşfi buludda hidrogenin yaydığı ultrabənövşəyi şüalar sayəsində ediblər.

Cənubi Koreyanın STSAT-1 peykindən əldə edilən məlumatları təhlil edən tədqiqatçılar hidrogenin təbii olaraq yaydığı ultrabənövşəyi işığın uzaq olduğunu gördülər. Normalda bu spektrdə işığı tutmaq çətindir, lakin peykin spektroqrafı onu analiz edilə bilən dalğa uzunluqlarına ayıra bilib.

Yunan mifologiyasında şəfəq ilahəsi Eosun şərəfinə adlandırılan qaz buludu Yerdən cəmi 300 işıq ili uzaqlıqdadır. Təxminən 3 katrilyon kilometrlik bu məsafə insan miqyasında nəhəng ölçü olsa da, qalaktik miqyasda çox yaxın sayılır. Yerə ən yaxın ulduz əmələ gələn bölgə olan Orion Dumanlığı təxminən 1300 işıq ili uzaqlıqdadır.

Aypara formalı bulud Günəşin kütləsindən təxminən 3400 dəfə, Ayın diametrindən təxminən 40 dəfə (140 min kilometr) böyükdür.

Günəş sisteminin bilavasitə yaxınlığına aid olan Yerli Baloncuqda yerləşən Eos bu günə qədər tapılan ən yaxın molekulyar buluddur. Bu yolla alimlər ulduzların və ulduz sistemlərinin necə əmələ gəldiyini daha yaxşı başa düşmək imkanı əldə edirlər.

Tədqiqatçılar həmçinin yaxınlıqda gizlənən digər molekulyar buludları kəşf etmək üçün yeni üsuldan istifadəyə ümid edirlər.

Seçilən
2
hafta.az

1Mənbələr