Hindistanın Kəlküttə şəhərinin mərkəzində yerləşən hoteldə baş verən yanğın nəticəsində azı 14 nəfər həlak olub, daha 13 nəfər xəsarət alıb.
Bu barədə şəhər polisinin komissarı Manoj Kumar Verma bildirib.
O, hadisənin Falpatti Maçhua rayonunda yerləşən "Rituraj" hotelində baş verdiyini deyib.
Məlumata görə, həlak olanların bəziləri yanğından xilas olmaq üçün özlərini yuxarı mərtəbələrdən atanlardır.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
İlkin versiyaya görə, yanğın mətbəxdə qaz sızması səbəbindən baş verib.