Qızıl pik səviyyədən gerilədikdən sonra ucuzlaşma davam edir. Xarici valyutada qismən artımlar var. ABŞ prezidenti Donald Trampın yerli bazarlardakı siyasəti və inkişafları investorlar tərəfindən yaxından izlənilir.
Hafta.az-ın yazdığına görə, türkiyəli iqtisadçı Ömər Gəncal bildirib ki,qızılın qarşıdakı dövrdə tamamilə ucuzlaşacağını söyləmək mümkün deyil.
Uzaq Şərq və Asiya ölkələrinin də ABŞ-ın siyasətləri qarşısında iqtisadi üstünlüyə malik olduğunu bildirən Gəncal, "ABŞ-ın məşğulluğu artırmaq üçün gömrük tariflərini artırması məntiqli deyil. Həyata keçirilən siyasətlərin, “azadlıq günləri” olaraq adlandırılan bəyanatların nəticələrini görmək üçün, xüsusilə də Çindən gələn gəmilərin 30-35 günə ABŞ-a çatdığını nəzərə alsaq, bir qədər vaxt aparacaq" deyib.
Aydın şərhlər verməzdən əvvəl bir müddət keçməsi lazım olduğunu ifadə edən Gəncal bildirib ki, iyun ayından əvvəl tənəzzülün olub-olmayacağını, inflyasiya və işsizliyə təsirini görəcəyimizi düşünmür. Onun sözlərinə görə, bazarlar bir müddət söz-söhbətlərlə davam edəcək.
Qızıl qiyməti ilə bağlı proqnozlarını paylaşan Gəncal, "İnvestisiya aktivi davamlı olaraq yüksəlməz və ya enməz. Aktivin qiymətini tələb və təklif şərtləri müəyyən edir. İnvestorların tələbi ilə qızılın qalxacağını düşünürəm" deyib.
Yerli sərmayəçilərin valyuta və qızıla tələbatının güvəndən qaynaqlandığını bildirən Gəncal qeyd edib ki, insanlar özlərini qaranlıq yolda qoruya biləcəkləri yer axtarırlar. Bu prosesdən kiçik investorlar, vətəndaşlar və işçilər zərər görür. Yüksək faizdən sənaye mənfi təsirlənir, istehsalda artım yoxdur.