AZ

ABŞ-dan xəbərdarlıq: Rusiya-Ukrayna vasitəçiliyindən çəkilə bilərik!

ABŞ dövlət katibi Marko Rubio xəbərdarlıq edib ki, Moskva və Kiyev konkret təkliflər təqdim etməsə, Vaşinqton Ukraynadakı müharibənin həlli üçün vasitəçilik səylərindən əl çəkəcək.

Modern.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Tammi Bryuce Rubionun sözlərinə istinadən jurnalistlərə belə deyib: "Biz indi elə bir vaxtdayıq ki, hər iki tərəf bu münaqişənin necə dayandırılması ilə bağlı konkret təkliflər təqdim etməlidir. İrəliləyiş olmasa, biz bu prosesdə vasitəçi rolumuzdan əl çəkəcəyik”.

T.Bryus deyib ki, diplomatik səylərin davam edib-etməməsi ilə bağlı yekun qərar ABŞ prezidenti Donald Trampa məxsusdur.

Rusiya prezidenti Vladimir Putin bundan əvvəl mayın 8-dən 11-dək Qələbə Günü münasibətilə üç günlük atəşkəs təklif etmişdi, lakin Rusiya tərəfi Vaşinqton və Kiyevin 30 günlük atəşkəs çağırışlarını rədd edib.

Dövlət Departamentinin sözçüsünə görə, ABŞ üç günlük atəşkəsə deyil, tam atəşkəs və münaqişənin sona çatmasına ümid edir.

Çərşənbə axşamı Rusiyanın xarici işlər naziri Sergey Lavrov Putinin təklifinin “birbaşa danışıqların başlanğıcı” olduğunu deyib. Ukrayna tərəfi mayın 8-nə qədər gözləməyi deyil, dərhal atəşkəs elan etməyi təklif edib. Ukrayna prezidenti Vladimir Zelenski Putinin sözlərini “manipulyasiya cəhdi” adlandırıb.

Həm Donald Tramp, həm də dövlət katibi Rubio artıq tərəflərin tezliklə irəliləyiş əldə edə bilməyəcəyi təqdirdə Vaşinqtonun danışıqlar prosesindən çıxacağını təklif ediblər.

Seçilən
1
50
modern.az

10Mənbələr