AZ

Çempionlar Liqası: "Barselona" yarımfinalın ilk oyununda "İnter"i qəbul edəcək

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilir.

UEFA Çempionlar Liqasının 2024/25 mövsümünün yarımfinal mərhələsinin ikinci qarşılaşmasının ilk oyunu bu gün keçiriləcək.

Operativ Media xəbər verir ki, İspaniyanın "Barselona"sı İtaliyanın "İnter" komandasını qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da "Estadi Olímpic Lluís Companys" stadionunda baş tutacaq.

Qeyd edək ki, cavab oyunu gələn həftə Milan şəhərində keçiriləcək. Bu qarşılaşmanın nəticəsi hər iki komanda üçün final yolunda həlledici rol oynayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyun

30 aprel

23:00 "Barselona" – "İnter"

Seçilən
1
2
operativmedia.az

4Mənbələr