AZ

Tbilisi bazarında baş vermiş yanğın söndürüldü – YENİLƏNDİ

TBİLİSİ, 30 aprel. TELEQRAF

Tbilisidə “Vağzal meydanı” metrostansiyası yaxınlığında yerləşən bazarda baş vermiş yanğın söndürülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Yanğının aradan qaldırılmasına 30 yanğınsöndürmə maşını cəlb olunub. Yaxınlıqda yerləşən xəstəxanalardan pasiyentlər təxliyə olunub.

Hadisə nəəticəsində təqribən 15 min kvadrat metr sahə yanıb. Yanğın meyvə-tərəvəz, paltarların və digər məhsulların saxlanıldığı anbarları əhatə edib.

Ticarətçilərin bildirdiyinə görə, yanğın səhər saat 06:00-da baş verib və sürətlə ətrafa yayılmağa başlayıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının səbəbləri hələ məlum deyil.

***

08:48

BAKI, 30 aprel. TELEQRAF

Aprelin 30-da Tbilisinin mərkəzindəki geyim bazarında güclü yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə yerli saytlar məlumat yayıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğın səhər saat 6 radələrində geyim bazarında ikinci mərtəbədəki ayaqqabı mağazasında baş verib.

Yanğın Tbilisinin mərkəzində, metronun "Vokzalnaya ploşad" stansiyası yaxınlığındakı geyim bazarında baş verib.

Xilasedicilərin tez bir zamanda yanğın yerinə gəldiyi məlum olub. İlkin məlumata görə, itki yoxdur. Yanğının səbəbini yalnız yanğın lokallaşdırıldıqdan sonra müəyyən etmək olar.

Seçilən
1
teleqraf.com

1Mənbələr