AZ

Qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdinə qeydiyyat sabah başa çatır - DİM

Bakı. Trend:

Ali təhsil müəssisələrinə qəbul imtahanının 2-ci mərhələsinin1-ci cəhdində iştirak etmək üçün abituriyentlərin qeydiyyatı sabahbaşa çatır.

Trendxəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbulimtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyənabituriyentlər 1 may saat 23:59-dək şəxsi kabinetinin istifadəçiadı və parolundan istifadə etməklə DİM-in müvafiq internetsəhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2)daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçibqeydiyyatdan keçməlidirlər.

"30 aprel saat 09:00-a olan məlumata əsasən, I ixtisas qrupuüzrə 28872, II ixtisas qrupu üzrə 23672, III ixtisas qrupu üzrə26102, IV ixtisas qrupu üzrə isə 6198 abituriyent ərizəsini təsdiqedib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçənabituriyentlərin sayı ilə real vaxt rejimində qeydiyyat səhifəsinin statistika bölməsində tanış olmaqmümkündür",- deyə əlavə edilib.

Qeyd edək ki,Ali təhsil müəssisələrinə qəbul imtahanının ikincimərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın25-də, I və IV qruplar üzrə isə iyunun 1-də keçiriləcək. IIIixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçənabituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan iyunun 1-dəkeçiriləcək.

Məqalədə:
Seçilən
1
49
az.trend.az

10Mənbələr