AZ

600 Şimali Koreya hərbçisinin cəsədi Kurskda yandırıldı

BAKI, 30 aprel. TELEQRAF

Rusiya-Ukrayna müharibəsində 600-ə yaxın Şimali Koreya əsgəri həyatını itirib.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatına istinadla “Reuters” məlumat yayıb.

Şimali Koreyanın müharibədə ümumi itkiləri 4700 nəfər olaraq qiymətləndirilir ki, onlardan təxminən 600 ölüdür.

“Öldürülənlərin cəsədləri Kurskda yandırılıb, qalıqlar Şimali Koreyaya göndərilib”, - məlumatda deyilir.

Agentlik qeyd edir ki, ilin əvvəlindən 2000-ə yaxın hərbçi Şimali Koreyaya qaytarılıb. Onların Pxenyanda təcridxanada saxlanıldığı bildirilir.

Hazırda Rusiya ərazisində 15 minə yaxın koreyalı hərbçinin olduğu iddia edilir.

Seçilən
1
teleqraf.com

1Mənbələr