AZ

Balaxanı qəsəbəsində sex yandı - FOTO

Bakı şəhərinin Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a məlumat daxil olub.

Qeyd olunub ki, güclü qara tüstü ilə müşahidə olunan hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti faktı təsdiqləyib.

"Yanğın hadisəsi sexdə baş verib. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb", - deyə məlumatda bildirilir.

Seçilən
3
avtosfer.az

1Mənbələr