Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbəri təsdiqləyib.
Tbilisinin "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında güclü yanğın baş verib.
Operativ Media xəbər verir ki, bu barədə "Sputnik Gürcüstan" məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub, alovun lokallaşdırılması üçün işlər aparılır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbəri təsdiqləyib.