Bakı, 30 aprel, AZƏRTAC
Bütün gözəlliklərin Ağdamda, Laçında, Şuşada, Qarabağda cəmləşdiyi quruculuq və bərpa işlərini fəxr, qürur hissi ilə izləyirik.
Bu sözləri AZƏRTAC-a müsahibəsində keçmiş məcburi köckün Lalə Əliyeva söyləyib.
“Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə isə can sağlığı arzulayıram. Onlar Ali Baş Komandanın bir çağırışı ilə birləşib, dəmir yumruğa dönərək düşmənin başını əzdilər", - deyə keçmiş məcburi köçkün bildirib.
O qeyd edib ki, hər bir dövlətin müstəqilliyinin, suverenliyinin əsas atributlarından biri də, onun silahlı qüvvələridir. Bununla yanaşı, ölkəmizdə həm siyasi, həm hərbi, həm də iqtisadi stabillik təmin olunur.
“Bu gözəl günləri bizə yaşadan cənab prezidentə öz təşəkkürümü bildirirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə səbr və şəfa arzulayıram” – deyə L.Əliyeva vurğulayıb.