AZ

“Kəpəz”ə 3 milyon ayıracağı deyilən yeni sponsor kimdir? – Klubdan AÇIQLAMA

“Kəpəz”i növbəti mövsümdən yeni sponsorun himayə edəcəyi barədə məlumat vermişdik.

Bizim.Media xəbər verir ki, klubun yeni himayədarlarının komandaya 3 milyon əlavə büdcə ayıracağı və iddialı klub formalaşdırmaq istədiyi deyilir.

Onlar komandanın həm rəhbərliyində, həm də heyətində ciddi islahatlar aparmağı düşünür.
 

Məhz bu səbəbdən də hazırkı futbolçuların bir qismi göndəriləcək. Söhbət həm yerli, həm də əcnəbi futbolçulardan gedir. Ancaq yeni sponsorların kimliyi haqda hələ də heç bir məlumat yoxdur. Bir müddət əvvəl Futbolun İnkişafı Fondu da açıqlama yayaraq yeni sponsorlar barədə heç bir məlumatı olmadıqlarını bəyan etmişdi.


Bəs Gəncə təmsilçisinin əvvəlki günlərini özünə qaytarmaq istəyən iş adamı görəsən kimdir?

Bununla bağlı Bizim.Media klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayevə müraciət edib. Onun sualımıza cavabı isə qısa oldu:

“Biz də sizin kimi, komandaya yeni sponsorun gələcəyi ilə bağlı xəbərləri eşitmişik. Ancaq hələ ki, ortada rəsmi bir məlumat yoxdur. Ciddi bir irəliləyiş olacağı halda mətbuata açıqlama veriləcək”.

Görünür, yeni himayədarlar cari mövsümün sonunu gözləyir. Çempionat başa çatandan sonra onlar artıq indidən qurduqları planı həyata keçirməuə başlayacaqlar.

Rəşad Rafiqoğlu, Bizim.Media

 

Seçilən
1
1
bizim.media

2Mənbələr