AZ

Tbilisinin mərkəzində yerləşən ticarət mərkəzində güclü yanğın baş verib

Tbilisinin "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında güclü yanğın baş verib.

APA xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub, alovun lokallaşdırılması üçün işlər aparılır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbəri təsdiqləyib.

Seçilən
4
2
apa.az

10Mənbələr