AZ

Misirdə güclü qum qasırğası ilə bağlı qırmızı xəbərdarlıq verilib

Bakı. Trend:

Aprelin 30-da Misir ərazisinin böyük hissəsində şiddətli qumqasırğası gözlənilir.

Trend xəbər verirki, Misirin Meteorologiya İdarəsi bu səbəbdən qırmızı xəbərdarlıqyayıb.

Qurumun məlumatına görə, küləyin sürətinin saatda 40-60 kilometrarasında dəyişəcəyi, bəzi bölgələrdə isə 80 km/saatadək yüksələrəkqasırğa gücünə çatacağı ehtimal edilir. Qasırğa xüsusilə ŞimaliYuxarı Misir, Böyük Qahirə, Süveyş kanalı, Sinay yarımadası vəSüveyş körfəzi bölgələrində görmə məsafəsinin kəskin azalmasınasəbəb olacaq.

Qahirə qubernatoru bildirib ki, müvafiq dövlət qurumları tamhazırlıq vəziyyətinə gətirilib və Milli Təcili Yardım və İctimaiTəhlükəsizlik Şəbəkəsi ilə əlaqə saxlanılıb.

Vətəndaşlara açıq havada zəif konstruksiyalardan uzaq durmaq,həmçinin tənəffüs yollarını qorumaq üçün maskalardan istifadə etməktövsiyə olunub.

Qeyd edək ki, bu tip qum fırtınaları — “Xəmsin” adlanır vəadətən mart-may aylarında baş verir. Xəmsin, ərəb dilində “əlli”deməkdir və bu hadisələrin ənənəvi olaraq 50 gün davam etdiyi gümanedilir. Meteoroloqlar bildirir ki, son illərdə iqlim dəyişikliyi bufırtınaların daha şiddətli və gözlənilməz olmasına səbəb olub.

Seçilən
4
az.trend.az

1Mənbələr