BAKI, 30 aprel. TELEQRAF
Hindistanın Kəlkütə şəhərində oteldə baş verən yanğında azı 14 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə polisə istinadən NDTV məlumat yayıb.
Xəbərdə bildirilir: “14 nəfərin cəsədi tapılıb, bir neçə nəfər xilas edilib. Hadisəni araşdırmaq üçün xüsusi qrup da yaradılıb”.
Yanğının qarşısı alınıb, hadisənin başvermə səbəbləri araşdırılır.