Bakı. Trend:
Macarıstan parlamenti bu gün keçirilən iclasda ölkəninBeynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxmasına səs verib.
Trend xəbər verirki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri PeterSiyarto X sosial şəbəkəsində paylaşım edib.
O bildirib: “Bu qərarla biz qərəzsizliyini və etibarını itirmiş,siyasiləşmiş institutun bir hissəsi olmaqdan imtina edirik”.
Macarıstanın bu addımı beynəlxalq hüquqi və diplomatikdairələrdə geniş rezonans doğura bilər. BCM-dən çıxmaq qərarıölkənin insan hüquqları və beynəlxalq ədalətə münasibəti ilə bağlısuallar doğura bilər.