AZ

Avstraliya sahillərində 6,8 bal gücündə zəlzələ oldu

Avstraliyanın Makkuori adasının sahillərində 6,8 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.

Yeraltı təkanların episentri subarktik iqlim zonasında yerləşən Makkuori-Aylend adasından təxminən 220 kilometr qərbdə yerləşib.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntı və insan tələfatı barədə hər hansı məlumat verilməyib.

Seçilən
2
1
unikal.az

2Mənbələr