“Azərbaycan Dövlət İqtisad Universiteti” publik hüquqi şəxsin kitabların alınması ilə bağlı elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən azdır.
Tenderin dəyəri 48 352 AZN olub. Ümumilikdə 190 kitabın alınması nəzərdə tutulurdu.
Cabir
Tarix: 30 Aprel 2025, 08:05