Bakı. Trend:
İşğaldan azad olunmuş ərazilərdə səhiyyə infrastrukturununmərhələli şəkildə bərpası çərçivəsində, gələcəkdə qan xidmətlərininyerində təşkili və davamlı təminatı məqsədilə müvafiq addımlarınatılması nəzərdə tutulur.
Bunu Trend-əözəl müsahibəsində Respublika Qan Bankının İcraçı Direktoru ElxanNağıyev deyib.
"Hazırda işğaldan azad olunmuş ərazilərdə səhiyyəinfrastrukturunun mərhələli şəkildə bərpası çərçivəsində, gələcəkdəqan xidmətlərinin yerində təşkili və davamlı təminatı məqsədiləmüvafiq addımların atılması nəzərdə tutulur. Eyni zamanda, hazırkımərhələdə işğaldan azad olunmuş ərazilərdə qan və qankomponentlərinin təminatı Bərdə Qan Bankı tərəfindən həyatakeçirilir, mövcud imkanlar çərçivəsində bu ehtiyaclarınqarşılanması təmin olunur", - o bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Respublika Qan Bankındaformalaşdırılmış qan ehtiyatları planlı əməliyyatları və gündəliktibbi tələbatı qarşılamağa kifayət edir.
"Lakin ehtiyatlar dinamikdir və fövqəladə vəziyyətlər üçün daimyenilənməlidir. Tələbat pasiyentin vəziyyəti və tələb olunankomponentlərin növünə görə dəyişə bilər", - o bildirib.
E.Nağıyev qeyd edib ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankıehtiyat fondunu donor aksiyaları, planlı qanvermə kampaniyaları vətibb müəssisələrinin tələbləri əsasında tənzimləyir.
"Qan və qan komponentlərinin hər birinin yararlılıq müddətimövcuddur: məsələn, eritrosit kütləsi 35–42 gün, trombosit kütləsi5–7 gün, plazma isə dondurulmuş halda 1 il və daha çox saxlanılabilər. Bu səbəbdən ehtiyatlar mütəmadi olaraq yenilənir və dövriyyəprinsipinə uyğun idarə olunur", - o bildirib.
"Qan və qan komponentlərinə ehtiyac olduqda, ilk növbədəpasiyentin müalicə aldığı tibb müəssisəsi vasitəsilə müraciətedilməlidir. Müəssisə Respublika Qan Bankına rəsmi sorğu göndərirvə tələbat mərkəzləşdirilmiş sistem üzrə qarşılanır. Sosialşəbəkələrdəki fərdi çağırışlar çox zaman koordinasiyasız olur. Beləhallarla qarşılaşmamaq üçün qan ehtiyatının düzgün planlaşdırılmasıvə zamanında müraciət mexanizminə riayət olunması vacibdir", -İcraçı Direktor bildirib.
E.Nağıyev qeyd edib ki, qan toxumadır, ancaq tibbmüəssisələrinin müraciəti əsasında verilir, xüsusi icazə və tibbişçisinin müşayiəti ilə tibb müəssisələrinə buraxılır: "Bir insanaqan köçürməklə, hər hansı bir orqan köçürmək bir-birindənfərqlənmir. Hər ikisinin statusu eynidir".
"Hər il ölkə üzrə kifayət qədər könüllü ehtiyac əsasında qanverir. Verilən qanların təxminən 8–10%-i müxtəlif səbəblərə —məsələn, infeksion markerlərin pozitiv çıxması, hemoqlobinçatışmazlığı və ya digər tibbi göstəricilərə görə yararsız hesabolunur. Bu göstəricilər qan təhlükəsizliyinin təmin olunması üçünciddi şəkildə nəzarətdə saxlanılır", - o bildirib.
Onun sözlərinə görə, infeksion markerlər və ya digər tibbigöstəricilər üzrə yararsız hesab edilən qan və qan komponentləriheç bir tibbi məqsədlə istifadə olunmur.
"Bu cür nümunələr Respublika Qan Bankı tərəfindən müvafiqqaydalara uyğun olaraq qeydiyyata alınır, təhlükəli tibbi tullantıkimi sənədləşdirilir və xüsusi lisenziyaya malik müəssisələrtərəfindən sanitariya-gigiyena tələblərinə uyğun şəkildə məhvedilir. Bu proseslər qan təhlükəsizliyinin təmin olunması məqsədiləciddi nəzarət altında həyata keçirilir", - E.Nağıyev qeyd edib.
İcraçı Direktor bildirib ki, son illər ölkəmizdə qandonorluğunun inkişafı sahəsində mühüm irəliləyişlər müşahidəolunur.
"2023-cü ildə Bankın mərkəzi və 8 regional bölməsinə müraciətedən donorların sayı 93 min nəfər təşkil etmişdi. 2024-cü ildə isəbu göstərici əhəmiyyətli artım nümayiş etdirərək, 124 min 148nəfərə çatıb. Qanvermə prosesi qanunvericiliyə uyğun olaraqkönüllülük prinsipi əsasında təşkil edilir. Respublika Qan Bankıtərəfindən donorluğun təşviqi məqsədilə dövlət qurumlarında, özəltəşkilatlarda, ali təhsil müəssisələrində və tibb ocaqlarındamütəmadi olaraq maarifləndirici tədbirlər və qanvermə aksiyalarıkeçirilir. İctimaiyyətin bu aksiyalarda göstərdiyi fəal iştirakdonor hərəkatının davamlı inkişafına güclü təkan verib", - obildirib.
E.Nağıyev qeyd edib ki, hazırda Respublika Qan Bankı tədbirlərplanı çərçivəsində fəaliyyətini sistemli şəkildə davam etdirir.
"Əsas məqsəd yalnız donor sayının artırılması deyil, eynizamanda, qan donorluğunun cəmiyyət arasında sosial məsuliyyət vəhumanizm dəyəri kimi möhkəmləndirilməsidir. Donorluqtəşəbbüslərinin uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunundəstəyi xüsusi əhəmiyyət daşıyır. Respublika Qan Bankı qarşıdakıillərdə donor bazasının daha da genişləndirilməsi, qan xidmətininregionlarda gücləndirilməsi və müasir tələblərə cavab verəninfrastrukturun inkişaf etdirilməsi istiqamətində fəaliyyətinidavam etdirməyi qarşısına əsas hədəf kimi qoyub. "Bir damla qan –bir ömür həyat" fəlsəfəsi ilə fəaliyyət göstərən Respublika QanBankı həyatın qorunması uğrunda ölkəmizin ən böyük könüllühərəkatına liderlik edir", - İcraçı Direktor bildirib.
E.Nağıyev qeyd edib ki, regionlarda qan təminatı SəhiyyəNazirliyi və Respublika Qan Bankı tərəfindən mütəmadi olaraq təşkiledilən donor aksiyaları və səyyar mobil xidmətlər vasitəsilə həyatakeçirilir.
"Qan ehtiyatları hər bir regionda tibb müəssisələrinintələblərinə uyğun olaraq toplanır və Respublika Qan Bankıtərəfindən müvafiq tibb müəssisələrinin ehtiyaclarının ödənilməsiməqsədilə təmin edilir. Bu proses koordinasiyalı və sistemlişəkildə həyata keçirilir", - o bildirib.
Onun sözlərinə görə, donor ola bilməyənlər infeksionxəstəliklərdən əziyyət çəkənlər (Hepatit, HIV, sifilis və s.),ürək-damar xəstəlikləri olanlar, hamilə və laktasiya dövründə olanqadınlar, son 6 ayda cərrahiyyə əməliyyatı keçirmiş şəxslər, bədənçəkisi 50 kq-dan az olanlar, 18 yaşından kiçik və 60 yaşındanyuxarı olanlardır.
"Donorluqdan iki cür kənarlaşdırma var, daimi kənarlaşdırma vəmüvəqqəti kənarlaşdırma. Daimi kənarlaşdırma ondan ibarətdir ki,bir sıra infeksiyalar var ki, onu keçirən şəxslər hətta oinfeksiyalardan sağaldıqdan sonra da donor ola bilməzlər. Amma eləformalar var ki, müvəqqəti kənarlaşdırmadır. O şəxslər müəyyəndövrdən sonra qan verə bilərlər. Hər bir insan donor olmamışdanəvvəl bizim həkimlərimiz tərəfindən müayinə olunur və anketsorğularından keçir. Nəticə imkan verirsə, xəstənin bir sıra həyatəlamətləri , təzyiqi, nəbzi, qanda hemoqlobinin miqdarı imkanverirsə, o şəxsdən qan götürə bilirik", - o bildirib.
E.Nağıyev qeyd edib ki, qan təminatı ödənişsizdir, donorlar qanvermək üçün heç bir ödəniş almır.
"Qan və qan komponentləri Respublika Qan Bankı tərəfindəntoplanır və dövlət tibb müəssisələrinə ödənişsiz təmin edilir. Qeydetdiyimiz kimi, qanvermə könüllülük prinsipi ilə həyata keçirilir.Nəzərə alsaq ki, qan süni şəkildə hazırlanmır. Qan bir sağlamşəxsdən alınır, tədarük olunur, komponentlərinə ayrılır,infeksiyalarına görə yoxlanılır və daha sonra digər ehtiyacıolanlara verilir. Elə pasiyentlər var ki, onların yaxınları qanverə bilmirlər, o insanlar da qan və qan kompanentləri ilə təminolunurlar. Bunlar könüllülük prinsipi əsasında Respublika QanBankına yaxınlaşaraq qan verənlərin, eyni zamanda, bizim müxtəlifyerlərdə keçirdiyimiz aksiyalarda qan verənlərin hesabına təminolunur. Gün ərzində Talassemiya Mərkəzinə 170-180 vahid qankomponentləri verilir. Bundan başqa, hemotoloji xəstəliklərdənəziyyət çəkənlər, müxtəlif vaxtlarda istər cərrahi əməliyyatlarzamanı, istər avtoqəzalar zamanı qan ehtiyacı olanlar davamlı vəfasiləsiz qan komponentləri ilə təmin olunurlar", - o bildirib.
İcraçı Direktor xarici vətəndaşların qan təminatı məqsədiləmüraciəti məsələsinə toxunaraq vurğulayıb ki, xarici vətəndaşlardanmüraciət daxil olduqda, onun şəxsiyyət vəsiqəsi və ya pasportu,yaşadığı ölkənin sağlamlıq statusunu təsdiq edən sənəd, daimiyaşayış icazəsi tələb olunur: "Bu sənədlər tibbi yoxlamalar vədigər prosedurlarla birgə xarici vətəndaşların qan tələbatını təminetmək üçün vacibdir". Xarici vətəndaşlar arasında qan vermək üçünmüraciət edənlərin olub-olmaması barədə danışan E.Nağıyevvurğulayıb ki, Azərbaycanda diplomatik korpusların nümayəndələritez-tez bizə müraciət edirlər və yaxud biz onların yerləşdiyidiplomatik korpusun ərazisində qanvermə aksiyaları keçiririk.
Gələcək planlardan və hədəflərdən danışan İcraçı Direktorbildirib ki, Səhiyyə Nazirliyi Respublika Qan Bankının əsas hədəfiölkə üzrə qan təminatını etibarlı, dayanıqlı və fasiləsiz şəkildəhəyata keçirməklə yanaşı, könüllü donorluğun təşviqinə yönəlmişfəaliyyəti gücləndirməkdir.
"Bu istiqamətdə biz qantoplama və idarəetmə sistemlərini müasirtexnologiyalarla təchiz etməyi, regionlarda qan ehtiyatlarınıartırmağı və yeni bölmələrin yaradılmasını planlaşdırırıq. Paralelolaraq, qan xidmətlərinin daha səmərəli və uzlaşdırılmış şəkildəhəyata keçirilməsi üçün İcbari Tibbi Sığorta sistemi ilə əməkdaşlıqimkanlarının inkişaf etdirilməsi də diqqət mərkəzimizdədir.Məqsədimiz təkcə qan təminatını təşkil etmək deyil, həm də hər birhəyatın xilasında yüksək keyfiyyətli və təhlükəsiz qanxidmətlərinin rolunu daha da artırmaqdır", - deyə E.Nağıyev əlavəedib.