BAKI, 30 aprel. TELEQRAF
Meksikanın Matias Romero institutunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi məsələlər üzrə nümayəndəsi səfir Elçin Əmirbəyovla görüş keçirilib.
Teleqraf xəbər verir ki, E.Əmirbəyov “Qafqazda sülh və Meksika-Azərbaycan münasibətləri” mövzusunda mühazirə oxuyub.
Mühazirədən əvvəl instutut rəhbəri Azərbaycan Respublikası Prezidentinin Xüsusi məsələlər üzrə nümayəndəsini qəbul edib.