Bakı. Trend:
Hindistanın Qərbi Benqal ştatının paytaxtı Kəlküttə şəhərindəyerləşən hoteldə baş vermiş yanğın nəticəsində azı 14 nəfərhəyatını itirib, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətləralıb.
Trend Hindistanmediasına istinadla xəbər verir ki, hadisə aprelin 29-da axşamsaatlarında qeydə alınıb.
Bildirilir ki, ölənlər arasında xilas olmaq üçün binanın yuxarımərtəbələrindən tullanmağa cəhd edənlər də olub. Yanğınsöndürənlərbir neçə nəfəri, o cümlədən terrasa sığınanları xilas etməyə nailolublar. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir, hadisəyerində 14 meyit aşkarlanıb.
İlkin ehtimallara görə, yanğının səbəbi mətbəxdə baş verən qazsızması olub.
Qeyd edək ki, Hindistanda təhlükəsizlik qaydalarına riayətedilməməsi səbəbindən binalarda baş verən yanğın və digər texnogenfəlakətlər tez-tez müşahidə olunur. Mütəxəssislər vəziyyətindəyişməsi üçün ciddi nəzarət və islahatların vacibliyinivurğulayırlar.