AZ

KXDR yeni esminesin silah sistemlərinin sınağını keçirib

KXDR keçən həftə suya buraxılmış “Çve Rön” çoxməqsədli esminesinin silah sistemlərinin döyüş tətbiqinin sınaqlarını keçirib.

“Report” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Qeyd olunub ki, esminesin silah sistemlərinin ilk sınaqları aprelin 28-i və 29-da keçirilib. Xüsusilə səsüstü qanadlı raketlərin, strateji qanadlı raketlərin və zenit raketlərinin sınaq buraxılışı, həmçinin 127 millimetrlik göyərtə avtomatik topundan atəş açılıb. Həmçinin gəmiəleyhinə taktiki idarə olunan silahların, göyərtə avtomatik toplarının, tüstü toplarının və radio maneə toplarının sınağı keçirilib.

Bildirilib ki, sınaqları KXDR lideri Kim Çen In müşahidə edib. O, “dövlətin və dəniz suverenliyinin mövcud və potensial təhdidlərdən qorunması üçün Hərbi Dəniz Qüvvələrinin nüvə silahlanmasının sürətləndirilməsinin” vacibliyini vurğulayıb.

Seçilən
7
report.az

1Mənbələr