Gürcüstan əsilli Quram Kutateladze aktiv UFC döyüşçüləri siyahısından çıxarılıb.
Publika.az xəbər verir ki, bu barədə “Borrachinha Depot” məlumat yayıb.
İsveçi təmsil edən Kutateladze yüngül çəki dərəcəsində mübarizə aparır.
Quramın son döyüşü mart ayında Londonda keçirilən turnirdə baş tutub və o, yekdil qərarla braziliyalı Kaue Fernandesə uduzub.