BAKI, 30 aprel. TELEQRAF
“Belə matçlarda emosiyalar yüksək səviyyədə olur. Ona görə də təhlil aparmaq çətindir. Əla atmosfer var idi. Amma biz necə komanda olduğumuzu göstərdik”.
Teleqraf xəbər verir ki, bu sözləri PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının “Arsenal”la ilk yarımfinal oyunundan sonra deyib.
L.Enrike bildirib: “Komanda ruhu nümayiş etdirdik. Bunun PSJ-də olması çox xoşdur. Öz üslubumuzda oynamağa çalışdıq. Matçın əvvəlində qol vurduq ki, bu da inamımız üçün vacib idi. Bəzən çətin anlar yaşadıq, amma ikinci qolu da vura bilərdik".
Yada salaq ki, PSJ ilk görüşdə səfərdə 1:0 hesabı ilə qələbə qazanıb. Komandalar arasında cavab oyunu mayın 7-də Fransanın paytaxtında baş tutacaq.