AZ

İspaniyada elektrik böhranı aradan qaldırıldı

Bakı. Trend:

İspaniya Daxili İşlər Nazirliyi elektrik təchizatı ilə bağlıproblemlər səbəbilə elan edilmiş fövqəladə vəziyyətin ölkənin birsıra bölgələrində ləğvi barədə qərar qəbul edib.

Trend xəbər verirki, Daxili işlər naziri Fernando Qrande-Marlaska Andalusiya,Valensiya, Qalisiya, Kastiliya-La-Manç, Mursiya və Rioxabölgələrində fövqəladə vəziyyət rejimini dayandırıb. Qərar elektrikkəsintisinin nəticələrinin aradan qaldırılması fonunda qəbulolunub.

Bununla belə, Ekstremadura və Madrid bölgələrində fövqəladərejim hələ də qüvvədə qalır, çünki yerli hökumətlər onun ləğvinihələlik tələb etməyiblər.

Xatırladaq ki, aprelin 28-də İspaniyada baş verən genişmiqyaslıelektrik təchizatı fasilələri aviasiya, dəmir yolu və ictimainəqliyyat sistemlərinə ciddi təsir göstərmişdi. Madriddə işıqforlarfəaliyyətini dayandırmış, apteklər, mağazalar və restoranlarenerjisiz qalmışdı. Nasazlıq həmçinin Portuqaliya və Fransaya dayayılmışdı.

Hadisədən bir qədər sonra “Red Electrica” operatoru elektrikenerjisi təminatının 99,16 faizinin bərpa olunduğunubildirmişdi.

Seçilən
5
az.trend.az

1Mənbələr