BAKI, 30 aprel. TELEQRAF
Çin Xarici İşlər Nazirliyi ABŞ-nin tariflərlə bağlı siyasətini təndiq edib.
Teleqraf xəbər verir ki, nazirlik digər ölkələri də Çinin yanında olmağa çağıran bir təbliğat videosu yayımlayıb.
Nazirliyin “WeChat” hesabında ingilis dilində yayımlanan “Heç vaxt diz çökmə” başlıqlı videoda ABŞ-nin qlobal “tarif fırtınası” başlatdığı, Çini qəsdən hədəfə aldığı, digər ölkələrlə “90 günlük gecikmə oyunu” oynanıldığı bildirilir .
Vaşinqtonun rəftarının “tələ” olduğu iddia edilən videoda “Bir tirana boyun əymək susuzluğunuzu yatırtmaq üçün zəhər içmək kimidir. Bu, böhranı daha da dərinləşdirəcək” deyilir.