Rusiya Prezidenti Vladimir Putin və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Ukrayna münaqişəsi mövzusunda danışıqlar aparılıb.
Teleqraf xəbər verir ki, məlumatı “Bloomberg” yayıb.
Qərb mənbələrinin məlumatına görə, Donald Trampın xüsusi nümayəndəsi Vladimir Putinə hərbi əməliyyatları dayandırmağı tələb edib, amma Kreml rəhbəri Uitkoffun təklifini rədd edib.
Arqument ondan ibarət olub, Vaşinqtonun təklifi Moskva üçün qəbuledilməzdir.
Məqalədə qeyd edilir: “Stiven Uitkoff Kremldə apardığı uzun danışıqlar zamanı Putini inandırmağa çalışıb ki, Rusiya döyüşləri dayandırmaqla atəşkəslə razılaşmalıdır”, lakin Moskva bu təklifdən imtina edib.
Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.