AZ

Şimali Koreya yeni çoxməqsədli esminesinin silah sistemlərini sınaqdan keçirib

Bakı. Trend:

Şimali Koreya ötən həftə istifadəyə verilən "Çve Rön" adlıçoxməqsədli esminesinin döyüş qabiliyyətini sınaqdan keçirib.

Trend xəbər verirki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumatyayıb.

Məlumata əsasən, esminesin silah sistemlərinin ilk sınaqlarıaprelin 28 və 29-da keçirilib. Sınaqlar zamanı səsdən sürətliqanadlı raketlər, strateji qanadlı raketlər və zenit raketləriburaxılıb, eyni zamanda 127 mm-lik göyərtəli avtomatik topdan atəşaçılıb. Bundan əlavə, gəmi əleyhinə taktiki idarə olunan silahlar,göyərtəli avtomatlar, tüstülü və radio tıxanma silahları dasınaqdan keçirilib.

Sınaqlara şəxsən nəzarət edən Şimali Koreya lideri Kim Çen In,donanmanın nüvə silahlanmasının sürətləndirilməsinin vacibliyinivurğulayaraq, bunun dövlətin və dəniz sərhədlərinin mövcud vəpotensial təhlükələrdən qorunması baxımından mühüm əhəmiyyətdaşıdığını bildirib.

Seçilən
2
24
az.trend.az

10Mənbələr