Bakı. Trend:
İstanbul təmsilçisi “Fənərbaxça” basketbol üzrə Avroliqapley-off mərhələsində Fransanın “Paris” klubunu seriyada 3:0 hesabıilə məğlub edərək “Dördlər finalı”na vəsiqə qazanan ilk komandaolub.
Trend xəbər verirki, “Fənərbaxça” bütün oyunlarda rəqibinə üstünlük qazanıb – 83:78,89:72 və 98:88 hesabları ilə.
Pley-offun digər cütlüklərində isə mübarizə davam edir:“Olimpiakos” seriyada “Real”a qarşı 2:1 öndədir, “Panatinaikos”“Anadolu Efes”lə 1:1 bərabərlikdədir, “Monako” isə “Barselona”qarşısında 2:0 hesablı üstünlük əldə edib.
Qeyd edək ki, Avroliqa tarixində ilk dəfə “Dördlər finalı”Avropadan kənarda – BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək.Həlledici qarşılaşmalar mayın 23-dən 25-dək baş tutacaq.