AZ

Dələduzlar Vüqar Gülməmmədovun qaynatasının pullarını necə yeyib? – Məhkəmə işi...

Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma mövzusu olan cinayət dosyesinin mərkəzində 2 milyon 500 min manatlıq dələduzluq işi dayanır...

Hesablama Palatasının sədri Vüqar Gülmməmədovun milyoner qaynatası Əbülfəz Babayevə qarşı 2 milyon 500 min manatlıq dələduzluq işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmaqda davam edir.

Poliqon xəbər verir ki, musavat.com-un məhkəmə zalından verdiyi məlumata görə, adi makler olan Əliyar Abbasov bir xanım tanışı və digər 5 nəfərlə birlikdə bir neçə il ərzində Əbülfəz Babayevi “zəngin gələcək” nağılı ilə ovsunlayıb. Əliyar Abbasovun və dəstəsinin planı isə sadə olub. Onlar Əbülfəz Babayevi Bakıda bir binanın satış hekayəsinə inandıra biliblər.

Əliyar Abbasov atasını Əbülfəz Babayevə böyük tikinti layihələrinin əfsanəvi təsisçisi kimi təqdim etməklə “Hacı Kamal” kimi tanıdıb. Bundan sonra birgə yaşadığı Xəyalə Hüseynovanı Türkiyədə iş aparan vəkil “Bahar xanım”, Bakıdakı tanışlarını isə “İstanbul şirkətləri”nin Bakıdakı nümayəndələri kimi təqdim edib və böyük pul qoparma əməliyyatını uğurla gerçəkləşdirməyi bacarıb!

Əliyar Abbasov və dəstəsi milyonçu Əbülfəz Babayevi bu minvalla inanılmaz bir xəyal dünyasına salıb - İstanbulda 1000 kvadratmetr mağazası olacaq, üstəlik, 450 kvadratmetrlik mənzil ixtiyarına veriləcək. Hələ Türkiyədə tikinti işlərinin “ikinci mərhələsi”nin planlaşdırılması kimi xəyala da inandırmağı bacarıblar.

Əbülfəz Babayev də əlində “gələcək zənginlik” xəritəsi ilə, bir ucdan milyonlarını Əliyar Abbasova ötürüb. Xəyal dünyasının mərkəzinə sürükləndiyini anlayanda gec olub – sərvətindən 2 milyon 500 min manat qoparılıb!

İndi isə Əbülfəz Babayev əli yarıboş cibində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən 7 nəfərlik dəstənin cinayət işini izləməkdədir.

Musavat.com xəbər verir ki, müttəhimlər kürsüsünə çıxarılan şəxslər bunlardır - Əliyar Abbasov, Ümid Abbasov, Asiman Əzizov, Məhərrəm İbrahimli, Pərvin Zeynallı, Ramal Əzimov və Xəyalə Hüseynova.

Onlar Cinayət Məcəlləsinin 3 maddəsi - külli miqdarda dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və qanunsuz olaraq silah gəzdirmə ittiham olunurlar.

İş üzrə zərərçəkən isə Əbülfəz Babayev “Olympus” Şirkətlər Qrupunun rəhbəridir. İttihama görə, müttəhimlər Əbülfəz Babayevin 2 milyon 500 min manatını dələduzluq yolu ilə ələ keçiriblər.

Maraqlıdır ki, məhkəmədə Əbülfəz Babayevin pulalrının böyük hissəsinin əslində Hesablama Palatasının sədri Vüqar Gülmməmədova aid olduğu idda edilir.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr