AZ

İsveçin Uppsala şəhərində silahlı insident üç nəfər ölüb

İsveçin Uppsala şəhərinin mərkəzində baş vermiş silahlı insidentdə azı üç nəfər ölüb, bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli polisə istinadən məlumat yayıb.

Yaralıların sayı dəqiqləşdirilmir. İlkin məlumatlara görə, olay Vaksala meydanı ərazisində bərbərxanada baş verib.

Yerli SVT şahidlərin sözlərinə əsasən bildirib ki, şübhəli şəxs skuterlə qaçıb.

Qeyd edək ki, Uppsala şəhəri Stokholmdan təxminən 67 km şimal-qərbdə yerləşir.

Seçilən
1
report.az

1Mənbələr