AZ

Apellyasiya Arbitraj Tribunalı “Kəpəz”in şikayətini qismən təmin etdi

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubu tərəfindən verilən apellyasiya şikayətini qismən təmin edib.

Fanat.Az xəbər verir ki, Gəncə təmsilçisinin U-19 komandasının futbolçusu Amur Yusifovla bağlı İntizam Komitəsinin qərarı dəyişdirilib.

Gənclər Liqasının “Qarabağ”la matçında rəqibi təhqir etdiyinə görə 3 oyun diskvalifikasiya edilən futbolçunun cəzası azaldılıb. Belə ki, cəzanın biri şərti olaraq dəyişdirilib, 3 ay sınaq müddəti müəyyən olunub . Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.

Bildirilib ki, maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdirlər.

Seçilən
1
fanat.az

1Mənbələr