25 yaşlı məşhur aktyor ölü tapılıb
Hindistanlı aktyor Rohit Basfore Assam ştatının Quvahati yaxınlığındakı şəlalədə ölü tapılıb.
“The Family Man” serialının 3-cü mövsümündəki rolu üçün çəkilişlərə qatılan döyüş ustası və aktyor Rohit Basforedən kədərli xəbər gəlib.
Polisin verdiyi məlumata görə, saat 16:00 radələrində dünyasını dəyişən şəxs 9 dostu ilə piknikdə olarkən şəlaləyə düşərək dünyasını dəyişib.
Məsələ ilə bağlı bu açıqlama verilib: "Ölüm boğulma nəticəsində baş verib. Daha ətraflı məlumat üçün yarılma hesabatını gözləyəcəyik".
aia.az
Tərcümə şöbəsi