Türkiyənin Jandarma Baş Komandanlığı beşinci T-50 çoxməqsədli helikopterini təhvil alıb.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Jandarma Baş Komandanlığı məlumat yayıb.
T-70 çoxməqsədli helikopteri dünyanın aparıcı aviasiya şirkətlərindən olan “Sikorsky”nin S-70i helikopterinin bazası və lisenziyası əsasında Türkiyədə hazrlanıb. Layihənin əsas podratçısı TUSAŞ, subpodratçıları isə ASELSAN, TEI, “Alp Havacılık” (Türkiyə) və “Sikorsky” (ABŞ) şirkətləridir.
Layihə çərçivəsində T-70 helikopterinin əsas gövdə və rotor hissələrinin istehsalını, inteqrasiyasını və logistika işlərini TUSAŞ şirkəti həyata keçirir. ASELSAN helikopterin avionika sistemlərini, TEI ona güc verən T700 mühərikinin istehsalını, “Alp Havacılık” isə eniş dəstləri, transmissiya və dinamik hissələrin həm istehsalını, həm də inteqrasiyasını yerinə yetirir.