AZ

Hindistanla Pakistan arasında döyüşlər başladı

BAKI, 29 aprel. TELEQRAF

Hindistan-Pakistan sərhədində döyüş əməliyyatları başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.

Sosial şəbəkə yayılan videokadrlarda artilleriyanın səsi eşidilir.

Döyüşlərin Cammu sərhədində getdiyi bildirilir.

***

21.08

Hindistan Silahlı Qüvvələri (IAF) Cammu və Kəşmir bölgəsində terror hücumuna cavab tədbirlərinin vaxtını və məqsədlərini seçməkdə tam azaddırlar.

Teleqraf PTI agentliyinə istinadən xəbər verir ki, bunu Hindistanın Baş naziri Narendra Modi deyib.

Hindistan lideri bildirib: "Ordu Hindistanın cavab metodunu, məqsədlərini və vaxtını seçməkdə tam əməliyyat azadlığına malikdir... Bizim milli qərarımız terrorizmə sarsıdıcı zərbə vurmaqdır".

Modi Hindistan ordusunun peşəkar bacarıqlarına inandığını bildirib. O əminliyini ifadə edib ki, terrorçular və onların himayədarları sonadək təqib ediləcək. O, həmçinin əmin edib ki, terror aktının təşkilatçıları “ağıllarına belə gəlməcək" cəza ilə üzləşəcəklər.

Seçilən
1
10
teleqraf.com

7Mənbələr