Rusiya Prezidenti Vladimir Putinin mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur. Atışmanı ən azı 30 gün müddətinə dayandırmaq lazımdır...
“Report” “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalında açıqlamasında ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib.
“Üçgünlük atəşkəs ideyası absurddur. Prezident Tramp daimi, hərtərəfli - quruda, havada, dənizdə, o cümlədən infrastrukturda - ən azı 30 gün müddətinə, uzadılma imkanı ilə, atəşkəs olmasını istəyir”, - o deyib.
Kelloq xatırladıb ki, Ukrayna artıq belə bir təkliflə razılaşıb və indi növbə Rusiya tərəfindədir.
Xatırladaq ki, aprelin 28-də Vladimir Putin qoşunlarının mayın 8-dən 10-dək atəşi dayandıracağını açıqlamışdı. Ukrayna Prezidenti Volodimir Zelenski mayın 8-nə qədər gözləməyin mənası olmadığını bildirmişdi. O, həmçinin ABŞ-nin təklifinə uyğun olaraq atəşin bir neçə gün deyil, ən azı 30 gün müddətinə dayandırılmalı olduğunu vurğulamışdı.
Poliqon.info