"İnter"in baş məşqçisi Simone İnzaqi "Barselona" haqda fikirlərini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Barselona", yəqin ki, hazırda ən yaxşı komandadır. Flik mükəmməl təşkil edilmiş hücum oyunu nümayiş etdirdi"
Komandalar Çempionlar Liqasının yarımfinal mərhələsində üz-üzə gələcək. Qarşıdurmanın ilk oyunu çərşənbə günü, cavab qarşılaşması isə gələn çərşənbə axşamı baş tutacaq.
"Barselona" və "İnter"in qarşılaşmaları Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cütlüyün qalibi finalda ya Londonun "Arsenal"ı, ya da PSJ klublarına qarşı oynayacaq.