AZ

Pol Skoulz: “Cari mövsüm MY üçün fəlakətdir”

“Mançester Yunayted”in ingilis əfsanəsi, keçmiş yarımmüdafiəçi Pol Skoulz cari mövsümü “qırmızı şeytanlar” üçün fəlakət adlandırıb.

Arena.az “TNT Sports” dərgisinə istinadən, Skoulzun müvafiq açıqlamasını təqdim edir:

“İngiltərə Premyer Liqasının bu mövsümü “qırmızı şeytanlar” üçün müvəffəqiyyətsizlik oldu. Əsl fəlakətdir. Komandanın oyununa baxmaq ağırdır. Avropa Liqası ümid qığılcımları bəxş edir. Bu yarışdakı qalibiyyət bütün mövsümü xilas etməyəcək, axı məz İngiltərə çempionatındakı yerə müvafiq olaraq fikir yürüdüləcək”, deyə Pol Skoulz fikrini əsaslandırıb.

İngiltərə Premyer Liqasının 34 turundan sonra “Mançester Yunayted” 39 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Bu, “qırmızı şeytanlar” üçün mütləq tarixi uğursuzluqdur.

“Mançester Yuanyted” Avropa Liqasının yarımfinalına vəsiqə qazanıb və burada Bilbao “Atletik”i ilə mübarizə aparacaq.

Seçilən
0
49
arena.az

4Mənbələr