Zabratın mərkəzi küçəsində ikimərtəbəli tikilinin birinci mərtəbəsində sex kimi fəaliyyət göstərən obyektdə açıq alovla müşahidə edilən yanğın başlayıb.
XəzərNews.az xəbər verir ki, məlumatı “Qafqazinfo” yayıb.
Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Xəbər 179 dəfə oxunub.