İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə İstanbul Gedik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Agentliyin məlumatına görə, sənədi Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov və İstanbul Gedik Universitetinin rektoru Ahmet Kesik imzalayıb.
Memorandumda Peşə Təhsil Mərkəzi ilə Türkiyənin İstanbul Gedik Universiteti arasında qarşılıqlı əlaqələrin qurulması, tələbələr üçün müvafiq sahələr üzrə təlim-təcrübə imkanlarının yaradılması, tələbə mübadiləsinin aparılması, tədris materiallarının təkmilləşdirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması və digər istiqamətlərdə əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulub.