Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 32-ci turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Sumqayıt” və “Neftçi”nin əvəzedici komandaları üz-üzə gəliblər. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Əvəzedicilər Liqası
32-ci tur
26 aprel
“Turan Tovuz-2” – “Şamaxı-2” 5:3
Qollar: Cəmil Məmmədov, 14; 44. Nicat Quliyev, 58. Fərid Cəfərov, 59-pen; 69 – Nicat Xasıyev, 12; 39. Rəşid Rəşidli, 78.
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Taleh Məmmədov, Sərxan İsmayılov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 14:00.
27 aprel
“Kəpəz-2” – “Zirə-2” 1:1
Qollar: Nemət Musayev, 90+3 – Ramiz Muradov, 52.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Səbuhi Soltanov, Namiq Bəkirov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
28 aprel
“Səbail-2” – “Araz-Naxçıvan-2” 1:1
Qollar: Azad Əsgərov, 68 – Bayraməli Qurbanov, 45+1.
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Tərlan Talıbzadə, Emin Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Bayıl Arena”, 16:00.
“Sabah-2” – “Qarabağ-2” 1:2
Qollar: Stefen Ende, 82 – Kamil Qardaşlı, 65. Qurban Səfərov, 90+2.
Hakimlər: Əkbər Əhmədov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Bakı. “ASK Arena”, 17:00.
29 aprel
“Sumqayıt-2” – “Neftçi-2” 1:1
Qollar: Əjdər Hacılı, 87 – Hüseyn Babayev, 84.
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Sevda Nuriyeva, Samir Musayev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
“Sumqayıt Arena” (ehtiyat meydança), 17:00.
