ABŞ administrasiyası iddia edir ki, Rusiya və Ukrayna silahlı münaqişənin həlli üçün hansı addımların atılması lazım olduğunu anlayıb.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ liderinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uolts “The National Interest” jurnalında dərc olunan məqaləsində bildirib.
“Həftələrlə davam edən diplomatik səylər hər iki tərəfin sülhə nail olmaq üçün nə lazım olduğunu başa düşməsinə gətirib çıxarıb. İndi Rusiya və Ukrayna, prezident Trampın səbr kasasaı daşmamış, razılığa gəlmək üçün sürətlə hərəkət etməlidir”, - Ağ Ev rəsmisi vurğulayıb.