AZ

Uşaq 50 milyon avroluq tablonu zədələyib

Rotterdamdakı muzeylərin birində uşaq amerikalı rəssam Mark Rotkonun 50 milyon avro dəyərində olan tablosuna ziyan vurub. 

Bu barədə BBC məlumat yayıb.

Söhbət “Boz, tünd qırmızı üzərində narıncı, No 8” tablosundan gedir. 

Hadisə muzeyin kolleksiyadan seçilmiş əsərlərin nümayiş olunduğu depo otağında baş verib.

Azyaşlı rəsmin altını, düz çiy boya qatının üzərini qaşıyıb. “Fine Art Restoration Company”nin konservasiya rəhbəri Sofi Makalun qeyd edib ki, Rotkonun sözügedən tablo kimi əsərləri zədələnməyə həssasdır:

Bu, mürəkkəb müasir materialların birləşməsi, ənənəvi örtük təbəqəsinin olmaması və düz rəng sahələrinin intnsivliyi ilə əlaqədardır ki, bu da ən kiçik zədələri belə dərhal görünən edir. Bu halda, boyanın yuxarı təbəqələrinin zədələnməsi rəsmin qavranılmasına əhəmiyyətli dərəcədə təsir göstərə bilər”.

"Cebheinfo.az" 

Seçilən
0
6
cebheinfo.az

4Mənbələr