ABŞ administrasiyası Ukraynada qısamüddətli yox, uzunmüddətli və davamlı atəşkəsin tərəfdarıdır.
Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Təmmi Bryus brifinqdə bəyan edib.
Onun sözlərinə görə, ABŞ-ın məqsədi sadəcə simvolik və qısa müddətli razılaşmalar deyil, tam, hərtərəfli və davamlı atəşkəsin əldə edilməsidir:
“Bu, üçgünlük tədbir deyil ki, nəyisə qeyd etmək üçün edilsin. Məqsəd tam və davamlı atəşkəs, eyni zamanda münaqişəyə son qoymaqdır”.