Müşayiətçi baş müşayiətçiyə və onun müavininə tabedir.
Heftelik.az-ın məlumatına görə, bu, Polis orqanlarının müvəqqəti saxlama yerlərində saxlanılan şəxslərin mühafizəsi və müşayiəti qaydalarına dair Təlimatda əksini tapıb.
O, öz vəzifələrini dəqiq yerinə yetirməli və verilən tapşırıqlara əməl etməlidir. Müşayiətçilər silahlarını hər an tətbiq etməyə hazır saxlamalıdır. Onlar müşayiət olunan şəxsləri daim nəzarətdə saxlamalıdır. Qanunsuz hərəkətlərin qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Müşayiətçilərin müşayiət olunan şəxslərlə söhbət etməsi qadağandır. Onlardan hər hansı əşya almaq və məktub ötürmək olmaz. Müşayiət marşrutu və son məntəqə barədə məlumat vermək də qadağandır.