AZ

Qurban bayramı ilə bağlı ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirilir - AQTA

Bakı. Trend:

6-7 iyun tarixlərində qeyd olunacaq Qurban bayramı günlərindədaha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərəalaraq, Qida Təhlükəsizliyi Agentliyi aidiyyəti dövlət orqanlarıilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təminedilməsi istiqamətində aparılan tədbirlərin miqyasınıgenişləndirib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildiirlib ki, Qurban bayramı günlərində əvvəlki illərdə olduğukimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiqqurumlarla birlikdə öncədən müəyyənləşdirilmiş ünvanlarda təşkilediləcək.

"Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrindəAgentlik tərəfindən monitorinqlər keçirilir. Aparılanmonitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanlarınkəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyinsaytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı ictimaiyyətəaçıqlanacaq. Bu ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıqheyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isəbaytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdəaparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınaraqbir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icraorqanları tərəfindən səyyar heyvan kəsimi çadırlarınınquraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altındakəsimi və satışı nəzərdə tutulur.

Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləriheyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiqqanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır.Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavabverməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digərictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda baytarlıqşəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzluheyvanların daşınması yolverilməzdir".

"Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanlarınsağlamlığı şübhə doğurduqda, eyni zamanda qanunvericiliyintələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitarşəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda,vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, eləcə dəAgentliyin “1003 − Çağrı Mərkəzi”nə məlumat vermələri xahişolunur",- deyə əlavə edilib.

Məqalədə:
Seçilən
0
19
az.trend.az

10Mənbələr