AZ

56 yaşlı Oğuz sakinini çaqqal DİŞLƏDİ

Oğuz sakini çaqqal hücumuna məruz qalıb. 56 yaşlı rayon sakinini evinə yaxın meşə ərazisinin kənarında çaqqal dişləyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Xalxalqışlaq kənd sakini Nakam Muradov çaqqal hücumuna məruz qalıb. Onu dərhal yaxınları Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Sakinə ilkin tibbi yardım göstərilib, vaksin vurulub. Həyatı təhlükə olmadığından həkimlərin məsləhəti ilə evə buraxılıb.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
0
1
bizim.media

2Mənbələr